Onlayn ictimai-siyasi qəzet
“Georgian Airways” aviaşirkəti iyunun 14 və 15-nə planlaşdırılmış Tiflis–Təl-Əviv–Tiflis marşrutu üzrə bütün reysləri təhlükəsizlik səbəbindən ləğv etdiyini elan edib.
Musavat.com xəbər verir ki, aviaşirkətin yaydığı rəsmi məlumata əsasən, bu reyslər üçün bilet almış sərnişinlər bilet dəyişdirə və ya ödənişlərini geri ala bilərlər.
Qeyd olunur ki, yalnız İsrail istiqaməti deyil, Tiflisdən Əbu-Dabi, Şarica, Ərbil, Dehli və Dubaya planlaşdırılan uçuşlar da ləğv olunub. Batumi şəhərindən isə İsrail və İran istiqamətində uçuşlar tamamilə dayandırılıb.
Bu qərarın səbəbi kimi İsrailin bu gecə Tehranda yerləşən hava hücumundan müdafiə (HHM) infrastrukturu daxil olmaqla onlarla hədəfi bombalaması göstərilir. İran cavab olaraq hücumları davam etdirəcəyini açıqlayıb və eyni zamanda ABŞ-la nüvə razılaşması üzrə danışıqları rəsmi şəkildə dayandırdığını bəyan edib.
Hazırda Yaxın Şərqdəki hərbi vəziyyətin kəskinləşməsi bölgə aviasiya təhlükəsizliyinə ciddi təsir göstərir. Gürcüstan aviaşirkətləri bu səbəbdən reyslərdə kəskin məhdudiyyətlər tətbiq edir.
Musavat.com
15 Iyun 2025
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ