Onlayn ictimai-siyasi qəzet
İran və İsrailin qarşıdurması nəticəsində Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi neftin qiymətinin 200-300 dollar səviyyəsinə qalxmasına səbəb ola bilər.
Musavat.com xəbər verir ki, bunu İraqın xarici işlər naziri, baş nazirin müavini Fuad Hüseyn Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Yohan Vadeful ilə telefon danışığı zamanı deyib. "Bölgədə münaqişənin davam etməsi və Hörmüz boğazının bağlanması ciddi iqtisadi sarsıntılara səbəb ola bilər. Hərbi əməliyyatların başlanacağı təqdirdə neftin qiyməti bir barel üçün 200-300 dollara qədər yüksələ bilər”, - İraqın İNA xəbər agentliyi Hüseyndən sitat gətirir.
Qeyd edək ki, hazırda İsrail və İran bir-birinin kritik enerji infrastrukturuna zərbələr endirməkdədir.
Musavat.com
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ