Onlayn ictimai-siyasi qəzet
TikTok Avropalı istifadəçilərin şəxsi məlumatlarının Çinə ötürüldüyü iddiası ilə Avropa İttifaqının təyin etdiyi yarım milyard avro cəriməsinə etiraz edəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu TikTok-un Avropadakı xarici əlaqələr üzrə rəhbəri Kristin Qran deyib.
O bildirib ki, "TikTok bu cəriməyə qəti şəkildə etiraz edir və məhkəmədə etirazını əsaslandırmaq niyyətindədir". Qran TikTok-un "Avropalı istifadəçilərin şəxsi məlumatlarını saxlamaq üçün Avropada serverlərin yerləşdirilməsi layihəsinə 12 milyard avro xərclədiyini" vurğulayıb.
O qeyd edib ki, şirkət “heç vaxt Çin səlahiyyətlilərindən Avropa istifadəçi məlumatlarına dair sorğu almadı və heç vaxt onu təhvil vermədi”.
Qeyd edək ki, TikTok-un qeydiyyata alındığı İrlandiya Məlumatların Mühafizəsi Komissiyası Çinin ByteDance şirkətinin TikTok şirkətini Avropa istifadəçi məlumatlarını Çinə ötürdüyünə görə 530 milyon avro cərimələyib və tənzimləyici bunu "AB məlumatların qorunması qaydalarının pozulması" hesab edir. Əslində, bu, həm də Avropa qanunvericiliyinin tələbidir ki, avropalı istifadəçilər haqqında məlumat xaricdə deyil, Avropa yurisdiksiyalarında yerləşən serverlərdə lokallaşdırılsın.
Musavat.com
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ