İnsanlara hürriyət, millətlərə istiqlal!

İran atom bombasını nə zamana hazır edə bilər: ABŞ-ın ikinci adamı birbaşa AÇIQLADI

ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranın nüvə proqramına dair sualları cavablandırarkən diqqətçəkən açıqlamalar verib.

Musavat.com-un xəbərinə görə, o, ABC telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ-ın son hərbi əməliyyatları nəticəsində İranın nüvə proqramı əhəmiyyətli dərəcədə yavaşladılıb.

Jurnalistin “İranın nüvə silahı hazırlaması nə qədər vaxt aparacaq?” sualına cavabında Vens deyib:

“Mən kəşfiyyat məlumatlarının təfərrüatlarına varmayacağam, amma təxmin edirəm ki, onlar nüvə silahı hazırlayana qədər illər keçəcək”.

O, çıxışının davamında ABŞ administrasiyasının bu prosesin qarşısını almaqda qərarlı olduğunu da vurğulayıb:

“Ancaq bizim məqsədimiz odur ki, onlar bunu heç vaxt etməsinlər”.

Qeyd edək ki, bu açıqlama ABŞ-ın Fordo və digər nüvə obyektlərinə endirdiyi son zərbələr fonunda verilib və aktualdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR