İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiktok satılıb?

Çinin "ByteDance" şirkəti "TikTok"un nəzarət payını "Oracle"ın rəhbərlik etdiyi ABŞ konsorsiumuna satmaq niyyətində olmadığını açıqlayıb.

Milli.Az xəbər verir ki, şirkət yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: "Bu iddialar daha əvvəl, aprel ayında da gündəmə gəlmişdi və biz onları təkzib etmişdik".

Qeyd edək ki, daha əvvəl mediada "Oracle"ın da daxil olduğu investorlar qrupunun "TikTok"un alınmasına yaxın olduğu bildirilmişdi. ABŞ-ın sabiq prezidenti Donald Tramp da iyunun sonunda bu barədə açıqlama verərək, varlı şəxslərdən ibarət bir qrupun "TikTok"u almağa hazır olduğunu demişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR