İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Zülfüqarovun Dərbənd çıxışı Rusiyada millətçiləri silkələdi – “Yerli xalq niyə köçməlidir?”

 Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Dərbəndlə bağlı paylaşımı Rusiyada millətçi dairələrdə böyük rezonansa səbəb olub.

Musavat.com xəbər verir ki, Zülfüqarov Facebook hesabında yazıb ki, Dərbənd Rusiya Federasiyasının ən qədim şəhəridir və orada əhalinin 40 faizini azərbaycanlılar təşkil edir. O, bu kontekstdə belə bir sual ünvanlayıb: “Yerli əhali niyə köçməlidir?”

Sabiq nazirin bu bəyanatı dərhal Rusiyanın bəzi millətçi çevrələrində tənqid atəşinə tutulub. Lakin Zülfüqarov "Minval Politika" saytına verdiyi şərhdə fikirlərinin tam arxasında dayandığını və Dağıstan Konstitusiyası və tarixi faktlara istinad etdiyini bildirib.

“Millətçilər anlayışları təhrif edirlər. Onlar azərbaycanlıları bu bölgədən sıxışdırmaq istəyir, amma unudurlar ki, bu xalq bölgənin yerli əhalisidir və hüquqları konstitusiya ilə qorunur. Mən qanun çərçivəsində danışıram və artıq paylaşımımın effektini görürəm,” – deyə Zülfüqarov qeyd edib.

O əlavə edib ki, tək arqument kimi tarixdə bu etnosun “azərbaycanlı” adlanmamasını gətirmək məsələnin mahiyyətini dəyişmir:

“Türk mənşəli əhali, digər xalqlar kimi, bölgənin bir hissəsi olub. Onlar ‘millət’ və ‘milliyyət’ anlayışlarını səhv salırlar. Millətçiləri vətənpərvər sayanlar, adətən, az savadlı olurlar. Onlar ilk növbədə tarix oxumalıdırlar".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR