İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyundan sonra qızılları götürüb qaçan Hüseyndən XƏBƏR VAR - ŞOK DETAL üzə çıxdı - FOTO

Türkiyədə nikahdan cəmi üç gün sonra qəfil itib-batan futbol məşqçisi Hüseyn Cumhur Acarın müəmmalı yoxa çıxmasının səbəbləri bəlli olub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, gənc kişi bir neçə gündür davam edən axtarışlardan sonra hüquq-mühafizə orqanları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Yeni evlənmiş cütlüyün toydan sonra planlaşdırdığı xoşbəxt həyat, Acarın gözlənilməz şəkildə ortadan itməsi ilə yarımçıq qalıb. O, son dəfə həyat yoldaşının iş yerinə gələrək “tez qayıdacağam” deyə bildirib və daha sonra izsiz şəkildə aradan çıxıb. Onunla əlaqə saxlamaq mümkün olmayanda ailəsi dərhal polisə müraciət edib.

Aparılan istintaq zamanı ortaya çıxıb ki, Acar uzun müddətdir internet vasitəsilə qumar və mərc oyunları oynayırmış. Xüsusilə "şəkər sürüşdürmə" adlı onlayn oyun və müxtəlif mərc platformaları onun həyatını alt-üst edib. Evləndikdən cəmi üç gün sonra isə təxminən 2 milyon TL (təqribən 84 min AZN) borca düşdüyü üçün çıxış yolunu qaçmaqda görüb. Məlumata görə, o, toy zamanı toplanan qızıl və pulları da özü ilə götürərək ortadan qeybə çəkilib.

Acarın ailəsi onun təhlükəsizliyindən narahat olaraq, borc səbəbilə bu addımı atdığını düşünür. Onlar bildiriblər ki, övladlarının sağ-salamat geri dönməsi üçün evlərini belə satmağa hazır idilər. Acarın tapılması ailə üçün böyük rahatlıq olsa da, üzləşdikləri maliyyə çətinlikləri hələ də gündəmdədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR