İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp bir sıra liderlərlə rəsmi danışıqları şəxsi telefonla aparır

ABŞ prezidenti Donald Tramp diplomatik protokolu pozaraq bir sıra xarici liderlərlə şəxsi telefonla danışır. Musavat.com xəbər verir ki, məlumatı Politico mənbələrə istinadən yayıb: "O, telefonu ilə çoxlu liderlərlə danışır və düşündüyünüzdən də tez-tez danışır. Zənglərin çoxu konkret məsələlərə, real işlərə aiddir, lakin onların söhbətləri həm də şəxsi mövzulara toxunur".

Trampın həmsöhbətləri arasında Fransa prezidenti Emmanuel Makron, Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salman Əl Səud, Böyük Britaniyanın baş naziri Kir Starmer var.

Politico-nun yazdığına görə, Trampın tərəfdaşlarının onun ünsiyyət tərzinə uyğunlaşma bacarığı onlara Amerika administrasiyasının rəhbəri ilə şəxsi münasibətlər qurmağa və bundan faydalanmağa kömək edib. Belə ki, avropalı rəsmilərdən biri qeyd edib ki, iyunda NATO-nun sammitində Tramp Aİ ölkələrinin maliyyəsi ilə Ukraynaya hərbi yardım göstərməyə razılaşdırılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR