İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp federal binaların klassik üslubda tikilməsini əmr etdi

ABŞ prezidenti Donald Tramp “Federal memarlığı yenidən gözəl edək” adlı fərman imzalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənədə əsasən, dəyəri 50 milyon dollardan yuxarı olan dövlət binaları yalnız klassik üslubda – qədim Yunanıstan, Roma və İntibah dövrü memarlığının elementləri ilə inşa edilməlidir.

Sənəddə vurğulanır ki, bu cür binalar şəhərləri bəzəməli, vətəndaşlara ilham verməli və ölkənin böyüklüyünü əks etdirməlidir. Trampın sözlərinə görə, 1960-cı illərə qədər klassik üslublu memarlıq “insanlara ruh verirdi və vətəndaş fəzilətini təşviq edirdi”, halbuki sonradan yaranan modernist və brutalist üslublu tikililər “çox amerikalılar üçün cazibədar görünmürdü”.

Əgər hakimiyyət orqanları fərqli memarlıq üslubunu seçmək istəsələr, bunu əsaslandırmalı və prezidentin köməkçisindən razılıq almalıdırlar. Prezidentin köməkçisi layihəni rədd etmək səlahiyyətinə də malik olacaq.


Ağ Evdə bildirilib ki, antik dövr və İntibah ənənələrinə dönüş vətəndaşlara yalnız hüquqlarını deyil, həm də demokratik institutları qorumaq kimi vəzifələrini xatırlatmalıdır.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR