İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kim Çen Inla qeyd-şərtsiz görüşə hazırdır 

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın lideri Kim Çen Inla ilkin şərt olmadan danışıqlar aparmağa hazırdır.

Musavat.com xəbər verir ki, məlumatı “Yonhap” Xəbər Agentliyi Ağ Ev rəsmisinə istinadən yayıb.

Rəsmi xatırladıb ki, ilk səlahiyyət müddətində Tramp Şimali Koreya lideri ilə üç dəfə görüşüb və bu, “Koreya yarımadasında vəziyyətin sabitləşməsinə” töhfə verib. Agentliyin mənbəsinin sözlərinə görə, o vaxtdan bəri ABŞ-ın Şimali Koreya ilə bağlı siyasəti dəyişməyib:

“Prezident Tramp heç bir şərt qoymadan Kim Çen Inla dialoqa açıqdır”.

“Yonhap” qeyd edir ki, Ağ Ev ilk dəfədir ki, Amerika prezidentinin ilkin şərtlər tələb etmədiyinə aydınlıq gətirir.

Bundan əvvəl Cənubi Koreya rəsmisi Cənubi Koreyanın Kyoncu şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı Donald Tramp və Kim Çen Inın görüşünün mümkünlüyünü istisna etməyib.

APEC sammiti oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyanın cənub-şərqində keçiriləcək. Cənubi Koreya mediası Trampın 2019-cu ildə olduğu kimi, Cənubi Koreya-Şimali Koreya sərhədində Kim Çen Inla yenidən görüşə biləcəyini ehtimal edir.

Sentyabrın 20-21-də Ali Xalq Assambleyasının növbəti sessiyası zamanı Şimali Koreya diktatoru Kim Çen In bəyan edib ki, ABŞ prezidenti Donald Trampla şəxsi təmasları onda Ağ Ev rəhbəri ilə bağlı “yaxşı xatirələr” qoyub. Avqustun 25-də Cənubi Koreya prezidenti ilə görüşü zamanı Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla bu ilin sonunda şəxsi görüş keçirmək istədiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR