Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Rusiya Federasiyasına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdən keçirdiklərini bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə o, mətbuata açıqlamasında bildirib:
“Biz bu vəziyyəti ciddi şəkildə nəzərdən keçiririk”, – deyə Tramp vurğulayıb.
Xatırladaq ki, Tramp bu ayın əvvəlində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmışdı. Danışıqlardan sonra ABŞ lideri Moskvanın mövqeyindən narazı qaldığını bildirib və Rusiyaya 50 günlük müddət tanıyaraq münaqişənin həlli üçün konkret addımlar atmağı tələb etmişdi.
Müşahidəçilər Trampın bu çıxışını Moskva ilə münasibətlərin daha da gərginləşəcəyi kimi qiymətləndirirlər. Hazırda Ağ Evdə Rusiya ilə bağlı yeni iqtisadi və diplomatik məhdudiyyətlərin hazırlanması ehtimalı da istisna edilmir.
Musavat.com
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ