İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rusiyaya qarşı sanksiya layihəsinin Senatın müzakirəsinə çıxarılmasına imkan vermədi

Prezident Donald Tramp ABŞ Senatındakı partiyadaşlarından Rusiyaya qarşı sanksiyaları sərtləşdirən, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanun layihəsini hələ səsverməyə çıxarmamağı xahiş edib.

Musavat.com xəbər verir ki, məlumatı Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker (Respublikaçı, Mississipi) açıqlayıb.

O, Vaşinqton Hərbi Yazarlar Qrupu(Defense Writers Group) ilə onlayn görüşdə Tramp haqqında deyib: "Mən bilirəm ki, o, Con Tunedən(Senatda respublikaçıların lideri-red.) qanun layihəsini bu həftə müzakirəyə çıxarmamağı xahiş edib".

Qeyd edək qanun layihəsi aprelin əvvəlində Senat üzvlərindən ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilib. Sənədin əsas müəllifləri senatorlar Lindsi Qrem (Respublikaçı, Cənubi Karolina) və Riçard Blumental (Demokrat, Konnektikut) olub. Bu təşəbbüs digər məsələlərlə yanaşı, Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutur.

Senatorların təklifinə Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-a idxala 500 faiz idxal rüsumları daxil edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR