Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna-Rusiya müharibəsi ilə bağlı növbəti dəfə mübahisə doğura biləcək fikirlər səsləndirib. O, hazırkı administrasiyanın bu məsələyə yanaşmasını tənqid edərək, ABŞ-ın münaqişədə tərəflərdən birinə daha yaxın olduğunu, digəri ilə isə o qədər də yaxın olmadığını bildirib.
“Biz bir tərəfə daha yaxınıq və digərinə o qədər də yaxın deyilik. Amma hansına daha yaxın olduğumuzu demək istəmirəm”, – deyə Tramp qeyd edib.
Musavat.com xəbər verir ki, Tramp münaqişənin şəxsi xarakter daşıdığını və liderlər arasında ciddi qarşıdurmanın olduğunu vurğulayıb: “Vaxt gələcək və mən deyəcəyəm: ‘Yaxşı, davam edin, axmaqlıq etməyə’. Bu iki şəxs – Vladimir Putin və Volodimir Zelenski – arasında dəhşətli nifrət var. Biz bu nifrət üzərində danışıqlar aparırıq, bu isə vəziyyəti daha da mürəkkəbləşdirir”.
Xatırladaq ki, Tramp daha əvvəl də münaqişənin diplomatik yolla, liderlərin birbaşa təmasları vasitəsilə həll olunmalı olduğunu bildirib və Vaşinqtonun silah dəstəyi siyasətini kəskin şəkildə tənqid edib.
Toğrul İSMAYIL,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ