Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada Lutondan Qlazqoya uçan "EasyJet" aviaşirkətinin sərnişini təyyarəni partlatmaqla hədələdiyi üçün saxlanılıb.
Musavat.com "The Sun"a istinadən xəbər verir ki, hadisə zamanı Britaniyada qaçqın həyatı yaşayan 41 yaşlı Hindistan vətəndaşı ABŞ prezidenti Donald Trampın Şotlandiyaya səfəri ilə bağlı narazılığını ifadə edib.
Hadisə şahidlərinin sözlərinə görə, sərnişin ayaq yolundan qışqıraraq təyyarədə bomba olduğunu və "Tramp-a siqnal göndərmək" istədiyini bildirib. Digər sərnişinlər onun hərəkətlərinə dərhal müdaxilə edib, stüardessalar isə sərnişinin baqajını yoxlayaraq heç bir partlayıcı maddə aşkar etməyiblər.
Təyyarə təhlükəsiz şəkildə Qlazqoya enib və şübhəli şəxs orada polisə təhvil verilib. Hadisənin Trampın səfəri ilə əlaqəsi araşdırılır. Rəsmi orqanlar məsələ ilə bağlı geniş istintaq aparır.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ