İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən münaqişənin yaxın gələcəkdə uğurla həll olunacağına əminliyini ifadə edib.


Musavat.com xəbər verir ki, Donald Tramp NATO Baş Katibi Mark Rutte ilə Ağ Evdəki görüşündə bu məsələyə toxunub.

“Güman etmək olar ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar uğurlu nəticə verəcək”, - deyə ABŞ lideri vurğulayıb.

Tramp bildirib ki, hər iki tərəf arasında danışıqlar müsbət istiqamətdə irəliləyir və regionda sülhün bərqərar olması üçün əlverişli şərait yaranır. Trampın fikrincə, münaqişənin həlli həm region ölkələrinin inkişafına, həm də beynəlxalq sabitliyə böyük töhfə verəcək. 

Trampın açıqlaması dünya ictimaiyyətində müsbət qarşılanıb və tərəflər arasında sülh prosesinə olan ümidləri artırıb. Hazırda Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası və digər açıq qalan məsələlər müzakirə olunur və tərəflər qarşılıqlı anlaşmaya nail olmaq üçün səylərini davam etdirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR