Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında baş tutan irimiqyaslı əsir mübadiləsini alqışlayıb.
Musavat.com xəbər verir ki, Tramp bu barədə paylaşımını özünün "Truth Social" sosial şəbəkəsində edib.
“Rusiya və Ukrayna arasında irihəcmli əsir mübadiləsi yeni başa çatdı. Razılaşma yaxın vaxtlarda qüvvəyə minəcək. Hər iki tərəfi bu danışıqlara görə təbrik edirəm. Bu, böyük bir nəticəyə gətirib çıxara bilərmi?” – deyə Tramp paylaşımında qeyd edib.
Prezidentin bu bəyanatı, tərəflər arasında davam edən münaqişə fonunda nadir müsbət addımlardan biri kimi qiymətləndirilir. Ekspertlər Trampın bu jestini gələcək mümkün sülh təşəbbüslərinə eyham kimi də dəyərləndirirlər.
Əsir mübadiləsi detalları hələlik açıqlanmasa da, prosesin hər iki paytaxtda rəsmi təsdiqləndiyi bildirilib. Trampın "böyük bir şeyə" eyhamı isə siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ