Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətinin tanınması ilə bağlı açıqlamasına sərt və sarkazmla dolu münasibət bildirib. Fox News kanalının Ağ Ev qarşısında keçirdiyi brifinqdə Tramp jurnalistin sualına cavab verərkən Makronun mövqeyini tamamilə mənasız adlandırıb.
Jurnalist Trampa Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaqla bağlı verdiyi bəyanat barədə sual verib. Tramp əvvəlcə jurnalistin kim olduğunu soruşaraq “Siz kimsiniz?” deyə sual verib, jurnalistin “First News” cavabına isə “Hə, yaxşı” deyə cavab verib. Ardınca isə Makronun açıqlamasına toxunulub:
“Baxın, o başqa bir insandır. O, normal adamdır. Komandada oynaya bilən biridir. Amma yaxşı xəbər budur ki, onun sözlərinin heç bir mənası yoxdur.”
Jurnalist bu açıqlamanın hansısa nəticə verə biləcəyini soruşduqda Tramp qəti şəkildə bildirib:
“Qətiyyən. Bu bəyanatın heç bir çəkisi yoxdur. Mən onu bəyənirəm. O, yaxşı oğlandır. Amma bu bəyanat heç nəyi dəyişmir.”
ABŞ Prezidentinin bu fikirləri Fransanın beynəlxalq diplomatiyada oynamağa çalışdığı aktiv rolu açıq şəkildə ələ salmaqdır. Çünki Fransa Prezidenti Emmanuel Makronun Yaxın Şərq məsələlərində, o cümlədən Fələstinlə bağlı birtərəfli mövqe sərgiləməsi ABŞ-ın və İsrailin narazılığına səbəb olmuşdu.
Ekspertlər Trampın bu açıqlamasını Fransanın Fələstinə yönəlik addımlarına və beynəlxalq müstəvidə “səs-küylü, amma nəticəsiz diplomatiyasına” verilmiş bir mesaj kimi dəyərləndirirlər.
Musavat.com bildirir ki, Trampın bu tərzdəki ritorikası onun diplomatiyada açıq, birbaşa və sarkazmla müşayiət olunan üslubunun növbəti nümunəsidir.
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ