İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan MÜHÜM ADDIM - bu gün bu ölkə ilə razılaşacaq

ABŞ prezidenti Donald Tramp bu gün Britaniya ilə ticarət sazişini elan etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı New York Times (NYT) öz mənbələrinə istinadən yayıb.

Bu, Vaşinqtonun tariflərin tətbiqindən sonra bağladığı ilk ticarət sazişi olacaq. ABŞ və Böyük Britaniya arasındakı razılaşmanın təfərrüatları hələlik məlum deyil. NYT etiraf edir ki, tərəflər əvvəlcə çərçivə sazişini elan edəcək, sonra isə razılaşmanın yekun şərtləri üzərində işləməyə davam edəcəklər.

Qəzetin yazdığına görə, bundan əlavə, ABŞ İsrail və Hindistanla ticarət razılaşmaları əldə etməyə yaxındır, həmçinin Vyetnam, Koreya Respublikası və Yaponiya ilə danışıqlar aparır.
Qeyd edək ki, Trump daha əvvəl bu günə "böyük mətbuat konfransı" elan etmişdi. Ağ Ev rəhbərinin sözlərinə görə, o, “böyük və çox hörmətli ölkənin nümayəndələri ilə böyük ticarət sövdələşməsinə” həsr olunacaq. Tramp ABŞ-ın hansı ölkə ilə razılığa gəldiyini açıqlamayıb.
Mayın 6-da “Financial Times” yazıb ki, Vaşinqton və London bu həftə Britaniya avtomobillərinə və poladına Amerika tariflərini azaltmaq üçün razılaşma əldə etməyi planlaşdırırlar. Nəşrin məlumatına görə, sövdələşmə Böyük Britaniyadan ABŞ-a müəyyən həcmdə məhsulların idxalı üçün rüsumsuz kvotaları nəzərdə tutur. London ümid edir ki, ABŞ administrasiyası Britaniyanın avtomobil istehsalçıları və metallurqlarının məhsullarının idxalına qoyulan 25 faizlik tarifləri azaltmağa razı olacaq. Britaniya öz növbəsində Amerika texnologiya şirkətlərinə vergiləri azaltmağa və Amerika avtomobilləri və kənd təsərrüfatı məhsullarına tariflərə yenidən baxmağa razılaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

09 May 2025

BÜTÜN XƏBƏRLƏR