İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan sərt xəbərdarlıq: "Ya sülh olacaq, ya da İran daha ağır faciə ilə üzləşəcək"


ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki gərginlik fonunda İrana qarşı ciddi xəbərdarlıqla çıxış edib.

Musavat.com xəbər verir ki, İranın nüvə obyektlərinin məhv edilməsindən sonra xalqa müraciət edən Tramp bildirib ki, Tehran ya sülh yolunu seçməlidir, ya da onu daha dağıdıcı nəticələr gözləyir.

"Ya bölgəyə sülh gələcək, ya da İran üçün çox daha ciddi bir faciə baş verəcək", – deyə Tramp vurğulayıb.

Prezidentin sözlərinə görə, ABŞ Yaxın Şərqdəki eskalasiyanın davam etməsinə imkan verməyəcək. O əlavə edib ki, əgər lazım gələrsə, Birləşmiş Ştatlar İran ərazisindəki strateji hədəfləri "cəmi bir neçə dəqiqə içində" məhv etməyə hazırdır.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR