İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan SƏRT XƏBƏRDARLIQ: “İran yenidən başlasa...”

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər Tehran nüvə proqramını bərpa etsə, Vaşinqton onu yenidən “məhv edəcək”.

Musavat.com xəbər verir ki, Amerika lideri bu fikri Şotlandiyada Britaniyanın baş naziri Kir Starmerlə birgə mətbuat konfransında səsləndirib.

Tramp bildirib ki, İran “narahatedici siqnallar” göndərir və onun nüvə proqramını bərpa etmək cəhdləri dərhal dayandırılacaq.

“Biz onların nüvə imkanlarını məhv etmişik. Onlar yenidən başlaya bilərlər. Əgər bunu etsələr, biz onları daha sürətlə məhv edəcəyik”, – deyə ABŞ prezidenti vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR