İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Ağ Evdən qovduğu jurnalistlər məhkəmədə uduzdu - SKANDAL

ABŞ Apellyasiya Məhkəməsi Associated Press (AP) agentliyi ilə bağlı Trampın xeyrinə qərar çıxarıb.

Musavat.com xəbər verir ki, Kolumbiya Dairəsi üzrə Apellyasiya Məhkəməsi aşağı instansiyanın AP jurnalistlərinin Ağ Evə və Oval Ofisə girişinin bərpa olunması ilə bağlı qərarını dayandırıb.

Yeni qərara əsasən, AP nümayəndələrinin prezident Donald Trampın tədbirlərində iştirakına və prezident təyyarəsinə minməsinə müvəqqəti qadağa qoyulub.

Ağ Evin vəkilləri bildirib ki, prezident özü Ağ Evə hansı media qurumlarının buraxılacağına qərar vermək hüququna malikdir. Onların sözlərinə görə, aşağı instansiya məhkəməsinin qərarı bu hüququ pozurdu.

Xatırladaq ki, Associated Press ötən ay Ağ Evi jurnalistlərin çıxışını məhdudlaşdırmaqda ittiham etmiş və məsələ ilə bağlı məhkəməyə müraciət etmişdi.

Agentliyin iddiasına görə, onların jurnalistləri Trampın tədbirlərinə Ağ Evin mətbuat katibi Karolin Levitt, aparat rəhbəri Susan Viles və onun müavini Teylor Badoviç tərəfindən buraxılmayıb. Səbəb kimi isə AP-nin xəbərlərində Trampın sərəncamına baxmayaraq, Meksika körfəzini “Amerika körfəzi” kimi təqdim etməməsi göstərilir.

Qeyd edək ki, bundan əvvəl də Associated Press Trampın Fars körfəzinin adını “Ərəbistan körfəzi” olaraq dəyişdirməyi planlaşdırdığını yazmış və ABŞ Konqres Kitabxanasının rəhbəri Karla Haydenin naməlum səbəbdən vəzifədən azad edildiyi barədə məlumat yaymışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR