İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Şaara ilə 33 dəqiqəlik görüşün DETALLARI - FOTO,VİDEO

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp və Suriyanın keçid dövrü lideri Əhməd Əş-Şaara Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüş keçiriblər.

Musavat.com “CNN Türk”ə istinadən xəbər verir ki, bu görüş 2000-ci ildən bəri ABŞ və Suriya liderləri arasında baş tutan ilk rəsmi təmas olub. Mənbələr görüşün 33 dəqiqə davam etdiyini bildiriblər.

Məlumata görə, Səudiyyə vəliəhdi Məhəmməd bin Səlmanın da iştirak etdiyi görüşə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla qoşulub. Tramp görüşdən sonra verdiyi açıqlamada Suriyaya qarşı sanksiyaların Ərdoğanla müzakirədən sonra ləğv edildiyini bəyan edib.

Ağ Evdən verilən açıqlamada prezident Trampın Əş-Şaaraya 5 əsas tələb irəli sürdüyü qeyd olunub. Bu tələblər aşağıdakılardır:

- İsraillə İbrahim Razılaşmalarını imzalamaq

- Bütün xarici terrorçuların Suriyanı tərk etməsini təmin etmək

- Fələstinli silahlıları ölkədən çıxarmaq

- İŞİD-in yenidən dirçəlməsinin qarşısını almaqda ABŞ-a yardım etmək

- Suriyanın şimal-şərqindəki İŞİD məhbus düşərgələrinin məsuliyyətini öz üzərinə götürmək

Ağ Evin açıqlamasında həmçinin bildirilir: “Prezident Əş-Şaara görüşü təşkil edən prezident Trampa, vəliəhd şahzadəyə və prezident Ərdoğana təşəkkürünü bildirib.

O, İranın Suriyadan çəkilməsinin yaratdığı mühüm fürsətə və terrorizmlə mübarizə, kimyəvi silahların ləğvi sahəsində ABŞ-Suriya əməkdaşlığının əhəmiyyətinə diqqət çəkib.

Prezident Əş-Şaara həmçinin İsraillə 1974-cü ildə əldə olunmuş geri çəkilmə razılaşmasına sadiqliyini bir daha təsdiqləyib. O, Suriyanın şərq və qərb arasında ticarətin asanlaşdırılmasında mühüm bir körpü rolunu oynayacağına ümid etdiyini bildirib və Amerika şirkətlərini Suriyanın neft və qaz sektoruna investisiya qoymağa dəvət edib”.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR