Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın paytaxtı Tiflis yenidən kütləvi etiraz aksiyalarının mərkəzinə çevrilib.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu gün Tiflisin mərkəzində, Gürcüstan parlamentinin binası qarşısında minlərlə insan toplaşıb.
TASS agentliyinin hadisə yerindəki müxbirinin verdiyi məlumata görə, mitinq Gürcüstan müxalifəti tərəfindən təşkil olunub və iştirakçılar əsasən hökumətin son qərarlarına, eləcə də Avropa İttifaqına inteqrasiya ilə bağlı tələblərə görə küçələrə çıxıblar. Aksiyada Avropa İttifaqının bayraqları ilə yanaşı, ABŞ və Gürcüstan bayraqları da dalğalanıb.
Bu, son aylarda Gürcüstanda ard-arda baş verən anti-hökumət nümayişlərinin davamıdır. Analitiklər hesab edirlər ki, Tiflisdə siyasi temperatur yaxın həftələrdə də yüksək qalacaq və hakimiyyətlə müxalifət arasındakı qarşıdurma daha da dərinləşə bilər.
@@TVmusavat/119988@@
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ