İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlu: “Dünyada biri öskürsə, Türkiyə sətəlcəm olur” – Elbəyi Həsənli: “CHP Türkiyə üçün ən böyük təhlükədir”

Türkiyədə həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu son paylaşımı ilə ölkədə və xaricdə böyük rezonans doğurub. O, rəsmi “X” hesabında (keçmiş Twitter) yazaraq bildirib:

“Dünyada biri öskürsə, Türkiyə sətəlcəm olur. Saadet Partisi lideri Mahmut Arıkanın ölkəmizin nə qədər kövrək olduğunu xatırladan qrup toplantısı çıxışlarını oxudum. Amma bu həssas vəziyyəti anlamaq, fərqində olub həll tapmaq əvəzinə, xalqına, bazarlara, bütün mühüm məsələlərə qulaqlarını qapamış, millətindən qopmuş bir iqtidarla üz-üzəyik.

Üstəlik, cəmiyyətin inamını və ruhunu yerlə bir edən addımlar atmağa davam edən iqtidar aparatları var:
• Diplomaların ləğvi,
• Kumpas məhkəmələri və İBB əməliyyatları,
• CHP-yə qarşı məhkəmə əməliyyatları,
• Həbs edilən siyasətçilər, liderlər və media nümayəndələri,
• Bağlanan, cəzalandırılan media qurumları,
• Təzyiq və təhdid altındakı müxalifət…

Bütün bunlar ölkəmizin etibarını yerlə bir edir, sərmayədar isə arxasına belə baxmadan qaçır. Türkiyənin etibarını bir foto çərçivəsinə sığışdırmağa çalışan bir iqtidarın acizliyini yaşayırıq. Biz isə ölkəmizin gələcəyini tasarlayarkən belə prinsipləri vazkeçilməz görürük:

Etibarlı xarici siyasət, sıçrayışlı inkişaf, istehsal və əmək əsaslı iqtisadiyyat, ədalətli bölgü, hüququn üstünlüyü və güclər ayrılığına əsaslanan müstəqil məhkəmə. Məqsədimiz mövcud prezident idarəetmə sistemindən xilas olmaqdır. Gənclərimizi ümidlə, uşaqlarımızı inamla gələcəyə hazırlayan güclü parlament sistemi hədəfləyirik. Hədəfə millətimizin dəstəyi ilə çatacağıq. Çünki millət belə istəyir.”

İsveçrədən qayıdan azərbaycanlı jurnalist Bakıda CƏRİMƏLƏNDİ | Modern.az

Elbəy Həsənli: “CHP Türkiyə üçün ən böyük təhlükədir”

İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli isə bu açıqlamaya sərt reaksiya verib. O, İmamoğlunun “Dünyada biri öskürsə, Türkiyə sətəlcəm olur” ifadəsini belə şərh edib:

“Əkrəm İmamoğlu yenə "qızıl" xırdalayıb. Yəni, Türkiyə bu qədər zəif bir ölkədir? Mənim baxışıma görə, CHP Türkiyə üçün son dərəcə böyük bir təhlükədir. Çünki CHP Türkiyəyə yox, Qərbə bağlı bir təşkilatdır. Onların Atatürkə bağlı olmaları da sadəcə nağıldır. O partiyada Atatürkdən əsər-əlamət belə qalmayıb…”

Turkiye's Istanbul University annuls Mayor Ekrem Imamoglu's diploma |  Politics News | Al Jazeera

Həsənli əlavə edib ki, Qərb heç vaxt güclü Türkiyə istəmir və əgər CHP hakimiyyətə gəlsə, bu partiya “hazırda qızıl dövrünü yaşayan Türkiyə hərbi sənaye kompleksini müxtəlif bəhanələrlə, Qərbin sifarişi ilə çökdürəcək”. Onun sözlərinə görə:

“Mən buna əminəm. Türkiyə yenidən silah ixrac edən ölkədən silah idxal edən ölkəyə çevriləcək. Türkiyə yalnız özünü və Türk Dünyasını yox, ümumilikdə İslam Dünyasını da Qərbin istismarından qurtara biləcək yeganə gücdür. Ona görə də Qərb Türkiyədəki inkişafdan qətiyyən məmnun deyil.”

Elbəyi Həsənli son olaraq qeyd edib ki, İsrail-İran müharibəsi bir daha göstərdi ki, ölkə hərbi baxımdan güclü deyilsə, istənilən yüksəlişi çox tez bir zamanda puç ola bilər.

Beləliklə, İmamoğlunun “kövrək Türkiyə” tezisi ilə Elbəyi Həsənlinin “güclü Türkiyə Qərbin istəmədiyi ssenaridir” mövqeyi bir daha göstərir ki, Türkiyə daxilində və xaricində bu mövzu yalnız siyasi deyil, həm də böyük geosiyasi ölçüyə malik polemikadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR