Onlayn ictimai-siyasi qəzet
Suriyada hökumət qüvvələri ilə ölkənin şərqindəki Deyr əz-Zor əyalətində kürd silahlıları arasında toqquşma baş verib.
Musavat.com xəbər verir ki, məlumatı Suriya TV yayıb.
Bildirilir ki, Suriya Demokratik Qüvvələri (SDF) koalisiyasından olan kürd qüvvələri hökumət ordusunun mühafizəsi altında olan Mihqan və əl-Qişmə rayonlarına sızmağa cəhd ediblər. Lakin qoşunlar hücumlarını dəf edərək mövqelərinə nəzarəti qoruyub saxlayıb. İki tərəf arasında atışma bir neçə saat davam edib.
SDF komandanlığı öz növbəsində iddia edir ki, Fərat çayının şərq sahilindəki Əbu Hammam şəhəri Dəməşqin dəstəklədiyi qruplar tərəfindən atəşə tutulub. Kürd döyüşçüləri cavab atəşi açaraq hücum edənlərin mövqelərinə zərbələr endiriblər. Kommünikedə hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.
21 oktyabrda SDF hərbi komitəsi Hələb, Rakka və Deyr əz-Zor əyalətlərindəki təmas xəttində yaranan gərginliyi müzakirə etmək üçün Fərat çayı üzərindəki Tabqa şəhərində hökumət nümayəndə heyəti ilə görüş keçirib. Tərəflər vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tədbirlər barədə razılığa gəliblər.
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ