Onlayn ictimai-siyasi qəzet
Şərqi Timor rəsmi olaraq Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasına (ASEAN) qoşulub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müvafiq bəyannamə assosiasiyanın Kuala Lumpurda keçirilən zirvə toplantısında imzalanıb.
Şərqi Timor sonradan İndoneziyanın asılılığına çevrilmiş keçmiş Portuqaliya müstəmləkəsidir. 1999-cu ildə keçirilən referendumda ərazi sakinlərinin əksəriyyəti müstəqilliyə səs verib və Şərqi Timor müstəqil dövlət olub.
Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası 8 avqust 1967-ci ildə Banqkokda regionun beş ölkəsi: İndoneziya, Malayziya, Sinqapur, Tayland və Filippin tərəfindən təsis edilib. Daha sonra təşkilata beş ölkə qoşulub: Bruney, Vyetnam, Laos, Myanma və Kamboca. Şərqi Timor ASEAN-da xüsusi müşahidəçi statusuna malik olub; 2011-ci ilin mart ayında ölkə rəsmi olaraq üzvlük üçün müraciət edib.
2025-ci ildə ASEAN-ın rotasiyalı sədrliyi Laosdan Malayziyaya keçib.
Bu il keçirilən zirvə toplantısı təsis görüşündən bəri ən böyük toplantıdır. ABŞ prezidenti Donald Tramp toplantının fəxri qonağıdır.
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ