İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı–Qazax magistralında AĞIR QƏZA: Ölən və yaralananlar var

Bakı–Qazax avtomagistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, ilkin ehtimallara əsasən, qəza mişar daşı daşıyan qoşqulu “KamAZ” markalı yük maşını ilə balıq daşıyan digər yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə Ağdaş və Yevlax rayonlarının inzibati sərhədlərinin yaxınlığında qeydə alınıb. Güclü zərbənin təsirindən balıqlar yola və ətraf əraziyə səpələnib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və maşında sıxılmış vəziyyətdə qalan şəxslərin çıxarılması istiqamətində xilasetmə işləri aparılır.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və ağır yaralananlar var.

Faktla bağlı araşdırma aparılır.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR