Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətində Körfəz ölkələrinə səfərinin ilk dayanacağı kimi Səudiyyə Ərəbistanına gedib.
Musavat.com xəbər verir ki, Trampın vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşü zamanı qəhvə təqdim olunarkən yaşanan maraqlı anlar diqqət çəkib.
Trampa təqdim edilən qəhvəni içməyən prezident fincanı sadəcə əlində saxlayaraq baxışları ilə ətrafı izləyib. Adət-ənənəyə bələd olmadığı üçün xidmətçiyə nə deməli olduğunu bilməyən Tramp fincanı yüngülcə silkələyərək onu istəmədiyini ifadə edib.
Görüş zamanı yaşanan bu anlar sosial mediada geniş müzakirəyə səbəb olub.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ