Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Bolu şəhərində "Turan Tovuz" və İran çempionu "Traktor" komandaları arasında iyulun 29-da keçirilməsi nəzərdə tutulan yolxlama oyunu ləğv olunub.
Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunub:
"Traktor"la görüş komandaların hazırlıq planındakı dəyişiklik və bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq. Futbol ictimaiyyəti və azarkeşlərimizdən mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edirik".
Qeyd edək ki, "Turan Tovuz" yeni mövsümə hazırlığın birinci mərhələsini 6-19 iyul tarixlərində Türkiyənin paytaxtı Ankarada keçib. İyulun 24-də Boluda başlanan təlim-məşq toplanışı avqustun 6-də davam edəcək. (Offsideplus.az)
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ