İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə bayrağı Piaggio Aerospace zavodunda dalğalanır – BAYKAR tarixi addım atdı

Musavat.com xəbər verir ki, Türkiyənin müdafiə sənayesində önəmli rol oynayan BAYKAR Defence, İtaliyanın aviasiya nəhəngi Piaggio Aerospace şirkətini rəsmi olaraq satın aldıqdan sonra ilk simvolik addımını atıb – şirkətin istehsal mərkəzində Türkiyə bayrağı qaldırılıb.

Rəsmi mənbələrin yaydığı məlumata görə, bu hadisə yalnız iqtisadi deyil, həm də strateji baxımdan əhəmiyyət daşıyır. Piaggio Aerospace-in uzun illərdir Avropada aviasiya sektorunda mühüm mövqeyə malik olduğu qeyd edilir. BAYKAR-ın bu satınalma ilə beynəlxalq arenada təsir gücünü artırmaq niyyətində olduğu bildirilir.

Qeyd edək ki, Piaggio Aerospace təyyarələrin dizaynı və istehsalı sahəsində tanınan şirkətdir. Türkiyə bayrağının bu zavodda dalğalanması, Ankara üçün texnoloji müstəqillik və qlobal bazarlara çıxış baxımından önəmli rəmzi məna daşıyır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR