Onlayn ictimai-siyasi qəzet
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində şəhid verib.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, avqustun 3-də əməliyyat bölgəsində əldəqayırma qumbaranın partlaması nəticəsində ağır yaralanan baş gizir Muhammed Emin Önk bu gün şəhid olub.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər şəhidin ailəsinə başsağlığı verib.
Musavat.com
06 May 2025
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ