Onlayn ictimai-siyasi qəzet
Müğənni Zamiq Hüseynov maraqlı açıqlama verib.
Milli.Az xəbər verir ki, o, sənət adamlarına qarşı olan münasibətdən danışıb.
"Əvvəl nə pis vardı, bizim üzərimizə atırdılar. Nə ləkə var idi, bizə yaraşdırırdılar. Hazırda isə öz əhatəmdən deyirəm. Elə ən yaxşı ailəyə baxan da sənətçilərin çoxudur. Öz dostlarımı misal gətirə bilərəm. Hamısı zəhmətkeş, ailəcanlı, uşaqlarını yaxşı oxudan, ailəsinə vaxt ayıran. Mənim üçün ən yaxşı vəzifə övladımın yaxşı təhsil alıb, savadlı olmasıdır. Həmçinin qardaş-bacımın uşaqlarına əlimdən gəldiyi qədər kömək edirəm. Digər uşaqlar da var, bunları demək bizə yaraşmaz.
Öz həyatımda təhsil məsələlərindən bir az da olsa, kəsilmişəm. Həyat belə gətirib. Yaxşı təhsil almamışam, ancaq həyat tərzimlə, yaşadıqlarımla özümü düzəltməyə çalışmışam. Təəssüf ki, məcburi köçkün olan vaxtlar oxumağa qoymadı. Mən və qardaşım kimi minlərlə insan 90-cı illərdə təhsildən uzaq qaldı. Bu gün ən zəif nöqtəm odur. Çalışıram ki, özümün, dostlarımın uşaqlara dəstək olum. Artıq sosial şəbəkədə gördülər ki, sənət adamlarına qız verərlər, qız da alarlar. Bu fikirləri kənara ata bildik".
06 May 2025
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ