Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Ordusu Yəməndə husilərə aid infrastruktur obyektlərinə hava zərbələri endirdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Yəmənin sahilboyu ərazilərində yerləşən bir neçə strateji obyektə — o cümlədən Hodeyda limanına və Bəccil şəhəri yaxınlığındakı beton zavoduna zərbələr endirib. Qeyd olunur ki, bu ərazilər İsraildən təxminən 2 min kilometr məsafədə yerləşir.
ÇAXAL-ın açıqlamasında bildirilir ki, Hodeyda limanı İran silahlarının, hərbi təchizatın və digər terror məqsədli vasitələrin husilərə ötürülməsi üçün istifadə olunur. Bəccildəki beton zavodu isə husilərin tunel və digər hərbi infrastruktur tikintisində mühüm rol oynayan iqtisadi resurs kimi xarakterizə olunur.
İsrail ordusu qeyd edib ki, bu hücum husilərin iqtisadi imkanlarına və hərbi potensialına zərbə vurmaq məqsədi daşıyır.
Musavat.com
06 May 2025
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ