Onlayn ictimai-siyasi qəzet
Türkiyə Pakistan ilə hərbi əməkdaşlığı möhkəmləndirmək məqsədilə bu ölkəyə hərbi gəmi göndərib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamaya görə, TCG BÜYÜKADA adlı korvet 4-7 may tarixləri arasında Pakistanın Karaçi limanını ziyarət edəcək.
Bu səfər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Pakistan mətbuatı xəbər verir ki, "TCG BÜYÜKADA"nın Kəraçi limanına səfərinin Pakistan və Hindistan arasında gərginliyin artdığı bir dövrə təsadüf etməsi iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşməsinə işarədir.
@@TVmusavat/114397@@
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ