İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Suriyada hərbi bazalar qurmağa hazırlaşır – terrora qarşı birgə əməliyyat planı  


Türkiyə Suriyanın ərazisində terrorla mübarizə çərçivəsində yeni hərbi bazalar yaratmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Türkiye" nəşri yayıb.

Məlumata görə, söhbət quru qoşunları və hərbi hava qüvvələrinin birgə bazasından, eləcə də dəniz qüvvələrinə məxsus ayrıca hərbi bazanın yaradılmasından gedir. Ankara bu təşəbbüslə Suriyada təhlükəsizliyin və sabitliyin təmin olunmasına töhfə verməyi hədəfləyir.

Türkiyə rəsmiləri qeyd edirlər ki, bu bazalar vasitəsilə regionda terror təhdidlərinə qarşı daha effektiv mübarizə aparılacaq və yerli əhalinin təhlükəsizliyi təmin olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR