İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə tanınmış dini bloqeri Özbəkistana deportasiya edib

“Azon Global” layihəsinin təsisçisi, tanınmış bloqer Əlişir Tursunov Türkiyədən Özbəkistana deportasiya edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə onun rəsmi Telegram kanalında məlumat verilib. Müdafiə tərəfinin sözlərinə görə, deportasiya müəyyən edilmiş prosedurların pozulması ilə baş verib.

Vəkilin sözlərinə görə, Tursunov mayın 8-də səhər saatlarında İstanbuldakı mənzilində saxlanılıb. Ertəsi gün onu təcili olaraq ölkədən qovmağa çalışsalar da, o, ictimai reaksiyadan sonra Ədirnədəki miqrant mərkəzinə köçürülüb. Daha sonra o, yenidən İstanbula aparılıb, oradan ekstradisiya üçün məhkəmə qərarı olmadan Daşkəndə göndərilib.

Vəkil Türkiyə hakimiyyətinin hərəkətlərini qanunsuz hesab edir. O vurğulayır ki, saxlanılan şəxs ailəsi ilə əlaqə saxlaya bilməyib, yaxınları onun statusu və harada olması ilə bağlı rəsmi məlumat almayıblar və bu, Türkiyə qanunlarının müəyyən etdiyi hüquqları pozur.

Tursunov 2024-cü ilin fevralından beynəlxalq axtarışa verilib. Özbəkistan onu qadağan olunmuş dini qurumların fəaliyyətində iştirakda ittiham edir. Günahı sübuta yetirilərsə, onu 5 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, bloqer daha əvvəl də saxlanılıb: 2023-cü ilin dekabrında o, iki ay İstanbuldakı miqrant mərkəzində qalıb. Həmin vaxt həbsin səbəbləri rəsmi olaraq açıqlanmayıb.

Bundan əvvəl onun əvvəlki layihəsi olan “Azon”un bir sıra əməkdaşı Özbəkistanda dini mövzularda nəşrlərinə görə cərimələnib. 2023-cü ilin avqustunda portal ölkədə fəaliyyətini dayandırıb və Tursunov tezliklə “Azon Global” beynəlxalq platformasını təsis edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR