Onlayn ictimai-siyasi qəzet
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni addım atılır. İlk dəfə olaraq iki ölkə nümayəndə heyətləri səviyyəsində görüş keçirəcək.
Musavat.com xəbər verir ki, NTV-nin diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, görüş gələn həftənin əvvəlində baş tutacaq. Türkiyə nümayəndə heyətinə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Sərdar Kılıç rəhbərlik edəcək. Heyət Ermənistan ərazisinə “Alıcan” sərhəd-keçid məntəqəsindən daxil olacaq.
Görüşdə tərəflərin normallaşma prosesini dərinləşdirmək üçün atılacaq addımları və artıq əldə olunmuş razılaşmaların icrasını müzakirə edəcəyi gözlənilir.
Musavat.com
15 Sentyabr 2025
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ