İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə GÜCLÜ PARTLAYIŞ: Yaralananlar var - VİDEO

Türkiyənin Diyarbəkir-Batman avtomobil yolu üzərində yerləşən "Üçtəpə-1" qaz quyusunda güclü partlayış baş verib.

Musavat.com xəbər verir ki, məlumatı TRT Haber yayıb.

Partlayış TPAO-ya (Türkiyə Neft Anonim Ortaklığı) məxsus quyuda qeydə alınıb. Hadisənin səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.

Hadisə nəticəsində ikisi ağır olmaqla, 7 işçi yaralanıb. Partlayışdan sonra əraziyə təcili tibbi yardım, yanğınsöndürmə və jandarma qüvvələri cəlb olunub.

Yaralılar ilkin tibbi müdaxilədən sonra xəstəxanalara yerləşdirilib və hazırda həkim nəzarətindədirlər.

Qeyd olunur ki, partlayışdan sonra başlayan yanğın nəzarət altına alınıb. İlkin ehtimallara əsasən, partlayışa quyuda qaz yığılması səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR