İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən PKK ilə əlaqəli iddialara CAVAB: İnanmayın!

Təşkilatın tərk-silah edilməsi və ləğvi ilə bağlı qərarın verildiyi PKK konqresi bəyannaməsilə bağlı “Bu qərardan sonra muxtar və federal idarə konstitusiya dəyişikliyi ilə təmin olunacaq” iddiası dezinformasiyadır.

Musavat.com xəbər verir ki, bu barədə Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatında bildirilib.

Qeyd olunub ki, terrordan azad Türkiyə məqsədilə terror təşkilatının tərk-silah edilməsi və ləğvi qərarı ilə bağlı idarəetmənin hər hansı danışıqlar əsasında aparılmasından söhbət gedə bilməz.

“Türkiyənin gündəmində olan konstitusiya dəyişikliyinə hazırlıq işləri sivil, demokratik, liberal və hərtərəfli konstitusiya ehtiyacını ödəmək üçün hazırlanıb.

İctimai rəyi manipulyasiya etmək məqsədi daşıyan əsassız iddialara inanmayın!”, - bəyanatda bildirilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR