İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç gün sonra ortaya çıxdı

“Rusiyanı yıxan” əməliyyatdan sonra prezident Putin də “gövdə göstərməyə” çalışdı, bu suallara aydınlıq gəldi; Tramp isə ona elə jestlər etdi ki...

Rusiyanı şoka salan “Hörümçək toru” əməliyyatından 3 gün keçdikdən sonra Vladimir Putin efirdə göründü. Rusiya prezidenti hökumət üzvləri ilə keçirdiyi online görüşdə dünyanın hələ də gündəmindən düşməyən aerodromlara hücum haqda bircə kəlmə də danışmadı. Amma Ukrayna hakimiyyətinə qarşı seçdiyi kifayət qədər sərt üslubu ilə son günlər ərzində ortaya çıxmış bir neçə aktual suala aydınlıq gətirdi.

Əvvala, dəqiqləşdi ki, Türkiyənin israrla keçirmək istədiyi liderlər sammiti(Tramp, Zelenski, Putin və Ərdoğan) baş tutmayacaq. Putin Zelenski və ətrafını terrorçu, qeyri-legitim hesab etdiyini deməklə İstanbulda davam edə biləcək danışıqlara zəif ümidləri də kölgələdi. 

79af4959-3490-3aaf-894e-9863dd763d17_850.jpg (145 KB)

Daha bir nəticə budur ki, Putin yenidən əvvəlki sərt ritorikaya qayıtdı, “Rusiyanı qorxutmaq, strateji məğlubiyyətə uğratmağın mümkün olmayacağını” dedi. Ukraynanın və Qərbin atəşkəslə bağlı tələblərinə gəlincə, Putin “onlar hərbi əməliyyatları 30, hətta 60 gün müddətinə dayandırmağı xahiş edirlər, bəs bu şəraitdə belə görüşlər necə keçirilə bilər? Terrora arxalananlarla, terrorçularla kim danışıqlar aparır?" deyə, atəşkəs təklifini bir daha rədd etdi.

Axşama doğru isə bəlli oldu ki, Putinlə ABŞ prezidenti Tramp arasında təxminən 1 saat 15 dəqiqə davam edən telefon danışığı baş tutub. Məlumatlarda danışıq təşəbbüsünün hansı tərəfdən gəldiyi bilinmir. Bildirilir ki, iki ölkə diplomatları əvvəlcədən İstanbul görüşünün ikinci raundundan sonra belə telefon danışığı olacağını razılaşıblar. Bu artıq onlar arasdında 4-cü telefon danışığıdır. “Bu, yaxşı söhbət idi, lakin dərhal sülhə gətirib çıxarmayacaq. Prezident Putin çox sərt şəkildə dedi ki, aerodromlara son hücumlara cavab verməli olacaq”, - deyə, Tramp bildirib. Təsadüfi deyil ki, bu telefon danışığından dərhal sonra ABŞ-ın Kiyevdəki səfirliyi Ukrayna vətəndaşlarına ehtiyatlı davranmağı və sığınacaq axtarmağa hazır olmağı tövsiyə edib.
Putinlə dünya gündəminin müzakirəsi də maraq doğurur. Dünədək Rusiyanı dünyada əsas təhlükə hesab edən ABŞ-ın yeni-köhnə lideri Putinlə İranın nüvə silahı malik olmaq istəməsini müzakirə edib, Rusiya liderindən Tehranla danlışıqlarda iştirak etməyi təklif edib. Liderlər Yaxın Şərqdəki vəziyyəti, Hindistan və Pakistan arasında gərginliyi də müzakirə ediblər. Bu, adi informasiya kimi görünə bilər, amma geniş baxsaq, Rusiyanın yenidən supergüc kimi mərkəzə gətirilməsi kimi qəbul etmək də olar. Hər halda, indilikdə o görüntü yaranır... 

fdcd53a3ed5c21cca4371d3a41cc05c4.jpeg (351 KB)

O suala da aydınlıq gəldi ki, Putinin hakimiyyətini laxlatlatmağa yönəlmiş “Hörümçək toru”əməliyyatında Ağ Ev administrasiyası iştirak etməyib. Tramp əməliyyatda iştirakçı olmadığını deməklə, bir daha özü ilə “Ukraynanın avropalı dayıları”, Zelenskinin ağıl hocaları, maddi dəstəkçiləri ilə arasına məsafə qoymuş oldu. ABŞ prezidentinin eyni gündə Senatda Rusiyaya qarşı sanksiyaların müzakirəsini qeyri-müəyyən müddətə dayandırmasının bir neçə izahı ola bilər, ilkin olaraq isə Putini daha da qəzəbləndirməmək rəyi yaratdı. 

0-26-800x600.jpg (77 KB)

Maraqlıdır ki, bu bəyanatlar, telefon danışıqları Zelenski əsas adamı- Yermak kostyum geyinib Ağ Evdə qəbul olunduğu saatlarda baş verib. Yermak Zelenskinin Trampla məlum “dilləşməsindən” sonra Ağ Evə gələn ilk Ukrayna rəsmisidir. İddialar var ki, Zelenski bombardmaçılar saxlanılan aerodroma, Krım körpüsünə hücumları üstlənməklə(yəni “biz etdik”) ilk növbədə Trampın “sizin kozırınız yoxdur” iradına cavab məqsədi daşıyırdı. Trampın davranışı bu əməliyyatların onu çox da heyrətləndirmıyi qənaəti yaratdı... 

Screenshot_2.png (674 KB)

Beləliklə, “Rusiyanı yıxan” əməliyyatdan sonra Putin də “gövdə göstərməyə” çalışdı. Rusiya prezidenti sərt üslubu ilə göstərmək istədi ki, qəzəblidir, lakin öz emosiyalarını necə cilovlamağı da bilir və bunun üçün qısa“taym-aut”da götürə bilər...

 

Nazim SABİROĞLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR