İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA Millətlər Liqası: Ronaldu Portuqaliya millisinin İspaniyaya qarşı heyətində yer alıb

Portuqaliya və İspaniya milli komandaları UEFA Millətlər Liqasının final oyunu üçün start heyətlərini açıqlayıb.

“Report” xəbər verir ki, Portuqaliya yığmasının heyətində Kriştianu Ronaldu da yer alıb.

Portuqaliya millisisin heyətində Dioqu Koşta, Joau Neveş, Ruben Diaş, Qonsalu İnasiu, Nunu Mendeş, Vitinya, Bernardu Silva, Bruno Fernandeş, Pedru Neto, Şiko Konseycau yer alıblar.

İspaniyanın start heyətində Unai Simon, Oskar Minqesa, Roben Le Norman, Din Hyosen, Mark Kukurelya, Martin Subimendi, Fabian Ruis, Pedri, Lamin Yamal, Niko Uilyams, Mikel Oyarsabalın adları var.

Qeyd edək ki, Almaniyanın “Arena Münhen” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Üçüncü yer uğrunda görüş də bu gün baş tutub. Turnirin bürünc medallarını Almaniya millisini məğlub edən Fransa yığması qazanıb. Almaniyanın “Ştutqart Arena” stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR