Onlayn ictimai-siyasi qəzet
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən həyata keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində Belarus KQB-sinin agenti saxlanılıb.
Musavat.com xəbər verir ki, Volın vilayətində yaşayan 24 yaşlı işsiz şəxs Ukraynanın Şimal sərhədi boyunca Müdafiə Qüvvələrinin mövqelərini izləyirmiş.
Saxlanılan şəxs istehkam mövqelərini qeyd edir, onların dəqiq koordinatlarını Google Xəritələrə əlavə edirmiş.
Eyni zamanda:
• Müdafiə mövqelərinin blokpostlarını izləyib;
• “Ukrzaliznytsia”nın tranzit stansiyalarında dayanan hərbi eşalonları aşkar etməyə çalışıb;
• Yerli yollarla hərəkət edən hərbi texnikaların istiqamətlərini qeyd edirmiş.
UTX tərəfindən yayılan rəsmi məlumata görə, cinayətkara dövlətə xəyanət ittihamı elan olunub. Hazırda o, həbsdədir və istintaq davam edir.
Qanunvericiliyə əsasən, ona əmlakının müsadirəsi ilə birlikdə ömürlük həbs cəzası verilə bilər.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ