İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Çini Rusiyaya dron istehsalında ittiham edir

 

Ukrayna Çini Rusiya üçün pilotsuz uçuş aparatları (PUA) və onların komponentlərini istehsal edib ötürməkdə ittiham edib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sözçüsü Oleq Aleksandrov “Politico” nəşrinə açıqlamasında bildirib. Onun sözlərinə görə, Çin istehsalçıları Rusiyaya avadanlıqlar, elektronika, naviqasiya və optik sistemlər, telemetriya qurğuları, mühərriklər, mikrosxemlər, prosessor modulları, anten sistemləri və idarəetmə lövhələri tədarük edir.

Aleksandrov qeyd edib ki, bu prosesdə Çinin bəzi şirkətləri “saxta firmalar” vasitəsilə çalışır, adlarını dəyişir və ixrac nəzarətindən yayınmağa cəhd edirlər. Məqsəd beynəlxalq sanksiyalardan qaçmaqdır.

Rəsmi Pekin hələlik bu ittihamlara münasibət bildirməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR