Onlayn ictimai-siyasi qəzet
Son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri 3 ədəd HİMARS raketi və Ukrayna ordusuna məxsus 109 ədəd təyyarə tipli PUA vurub. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya və Ukrayna arasında aparılan danışıqlarda iştirak edən nümayəndə heyətləri qarşılıqlı şəkildə təqdim etdikləri sülh təkliflərini yəni memorandum layihələrini əvvəlcə diqqətlə araşdırmalıdırlar. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, yalnız bundan sonra növbəti danışıqlar raundunun vaxtı razılaşdırılacaq.
"Aydındır ki, tərəflərin bir-birinə təqdim etdiyi memorandum layihələrinin nəzərdən keçirilməsi üçün müəyyən vaxt lazım olacaq. Tərəflər hazır olduqca, növbəti danışıqlar raundunun tarixlərini razılaşdıracaqlar", – o qeyd edib.
Kreml Krım körpüsü yaxınlığında partlayış olduğunu da təsdiqləyib. Peskov bildirib. Onun sözlərinə görə, partlayış nəticəsində dağıntı olmayıb. Peskov Krım körpüsünün hazırda işlək olduğunu söyləyib. Kreml sözçüsü Ukraynanın Rusiyanın mülki infrastruktura hücum cəhdlərinin davam etdiyini qeyd edib.
TVMusavat-ın bu gün saat 15:50-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi hərbi ekspert Azad İsazadə ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ