İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kütləvi dron hücumu altında: Səma qırmızıya bürünüb

Hazırda Ukraynanın Sumı rayonu Rusiyanın çoxsaylı PUA hücumu altındadır.

Musavat.com xəbər verir ki, Konotop meri Artem Semenixin öz Telegram kanalında regiona heç vaxt belə kütləvi hücum olmadığını yazıb: "Bölgədəki bütün səma hədəflərdən qırmızıdır. Bu, əvvəllər heç vaxt olmamışdı. Daha 5 qrup PUA müxtəlif istiqamətlərdən (şimaldan) vilayətə doğru gəlir."

Kiyev, Çerniqov, Çerkassı, Poltava, Kirovohrad, Xarkov, Dnepropetrovsk, Xerson, Zaporojya və Donetsk vilayətlərində də hava hücumu xəbərdarlığı elan edilib.

Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələri Komandanlığının son məlumatlarına görə, Sumı vilayətinin şərqində, qərbində, cənubunda və mərkəzində bir neçə PUA qrupu qeydə alınır. Dronlar Çerniqov, Poltava, Xarkov, Donetsk, Zaporojye, Dnepropetrovsk və Kirovoqrad vilayətlərində də qeydə alınıb.
Dronların ardınca ballistik və qanadlı raketlərin gələcəyi ehtimalı böyükdür.

Qeyd edək ki, bu gün ABŞ Rusiyanın “Pautino” əməliyyatına cavab tədbirlərini davam etdirəcəyinə dair xəbərdarlıqla çıxış edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR