İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiya aeroportlarının işini iflic edib: Yüzlərlə reys təxirə salınıb, sərnişinlərin narazılığı son həddə  

Ötən gecə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri müxtəlif bölgələrə hücum edən 150-dək Ukrayna dronunu zərərsizləşdirdiyini açıqlayıb.

Musavat.com Rusiya Nəqliyyat Nazirliyinin Telegram kanalında yerləşdirilən məlumata istinadən xəbər verir ki, ölkənin Moskva və Sankt-Peterburqdakılar da daxil olmaqla, 20-dək aeroportunda dron hücumuna görə tətbiq oluan məhdudiyyətlər bu ügn səhər saatlarından etibarən götürülməyə başlayıb, bütün hava limanları tədricən öz qrafik iş rejiminə qayıdır.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində Şeremetyevoda 241 reys gecikib və 158 reys ləğv edilib, Pulkovoda isə müvafiq olaraq 36 və 87 reys təxirə salınıb. Bundan əlavə, Nijni Novqorodda 12 reys ləğv edilib, lakin hazırda hava limanı fəaliyyətini bərpa edib.

Bildirilir ki, nazirliyin Situasiya Mərkəzində nazirliyin rəhbəri Roman Starovoyta reyslərin ləğvi və təxirə salınması dövründə ölkə hava limanlarının fəaliyyəti barədə məlumat verilib. Nazir uçuşu təxirə salınan və ya ləğv olunan sərnişinlərin gecikmə müddətinə uyğun olaraq qida, su və yerləşdirmə xidmətləri ilə təmin edilməsi baxımından federal aviasiya qaydalarına riayət olunmasına nəzarətin vacib olduğunu bildirib. Starovoyt Rostransnadzordan nəqliyyat prokurorluğu ilə birlikdə bu vəziyyətə nəzarət etməyi xahiş etdi.

Qeyd edək ki, son bir həftə ərzində Ukraynanın hava hücumları səbəbindən təxirə salınan, yaxud ləğv olunan təyyarə reyslərinə bilet almış sərnişinlər sosial şəbəkələrdə kütləvi şəkildə etirazlarını yayırlar. Sərnişinlər gecikmə müddətində aeroportda yerləşdirmə, qidalanma ilə təmin olunmadıqlarından şikayət edirlər. Bundan əlavə, onlar reyslərin ləğvi və ya təxirə salınmasının səbəblərinin açıqlanmamasından hiddətlənirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR