Onlayn ictimai-siyasi qəzet
"Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədədir. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan ukraynalı həmkarı ilə görüşdə sülhün əldə olunması üçün Zelenskinin nələrə hazır ola biləcəyini öyrənməyə çalışacaq".
Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.
Politoloq qeyd edib ki, diplomatik ənənəyə görə, Ərdoğan böyük ehtimalla Zelenski ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacaq və Zelenskinin mövqeyini onun diqqətinə çatdıracaq:
"Ukraynanı və Rusiyanı danışıqlarda təmsil edən heyətlər İstanbuldadırlar. Türkiyədəki danışıqların əsas məqsədi uzunmüddətli atəşkəsə nail olmadır. Atəşkəsə nail olunmalıdır ki, güllələrin, mərmilərin havada uçuşmadığı, insanların ölmədiyi şəraitdə gələcək sazişin konturları ətrafında müzakirələr aparmaq mümkün olsun. İstanbul müharibənin dayandırılması üçün ilk addım olar, tərsi heç bir tərəfin uğur əldə etmədiyi müharibənin davamı demək olacaq. İstanbulda ikinci dəfə də razılaşma əldə olunmasa, yay aylarında müharibənin şiddətinin artacağını müşahidə edəcəyik".
Xalidə Gəray
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ