Onlayn ictimai-siyasi qəzet
İyulun 25-də səhər saatlarında Rusiyanın sənaye obyektlərinə qarşı yeni pilotsuz təyyarə hücumları həyata keçirilib.
Haqqın.az xəbər verir ki, hücumlar kimya sənayesinə məxsus strateji müəssisələri hədəfə alıb.
İlkin məlumata əsasən, Stavropol diyarında yerləşən “Nevinnomyssk Azot” kimya zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Zavod regionda azot gübrələrinin əsas istehsalçısı olmaqla yanaşı, Rusiya iqtisadiyyatı və kənd təsərrüfatı üçün mühüm əhəmiyyətə malik sənaye obyektidir.
Bundan əlavə, Tambov vilayətində yerləşən “Kotovski Pudra Zavodu” da dron zərbələrinin hədəfi olub. Qeyd edək ki, bu müəssisə əsasən hərbi və sənaye məqsədləri üçün istifadə edilən partlayıcı maddələrin (barıt və pudra) istehsalı ilə məşğuldur. Hücum nəticəsində zavod ərazisində yanğın və dağıntıların olduğu bildirilir.
Xatırladaq ki, son aylar ərzində Ukrayna ilə müharibə fonunda Rusiya ərazisindəki bir sıra sənaye və hərbi obyektlər pilotsuz təyyarələrin hədəfinə çevrilib. Analitiklər bu hücumları Rusiyanın hərbi və iqtisadi infrastrukturuna yönəlmiş sistematik zəiflətmə strategiyasının tərkib hissəsi kimi qiymətləndirirlər.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun Donetsk vilayətində yerləşən Pokrovsk istiqamətində irəliləyə bilmədiyini bildirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bölgədə döyüşlər hər iki tərəf üçün olduqca çətin keçir, lakin rus əsgərlərinin döyüşmək istəməməsi Ukrayna üçün üstünlükdür.
“Onlar irəliləyə bilmirlər. Bizim uşaqlar üçün də vəziyyət çox çətindir. Hər yerdə ağır döyüşlər gedir. Ruslar üçün də çox çətindir – bu isə bizim üçün yaxşıdır. Ruslar döyüşmək istəmir, yalnız rəhbərləri müharibə istəyir. Bunu açıq şəkildə hiss etmək olur,” – deyə Zelenski vurğulayıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Rizvan Hüseynovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ