İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada döyüşmək istəyən rus gənc öz ölkəsində “terrorçu” kimi həbs olundu

2025-ci ilin may ayının sonunda Rusiya və Ukrayna arasında genişmiqyaslı hərbi əsir mübadiləsi baş tutub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyaya qaytarılan şəxslər arasında Çuvaşıstan sakini, 21 yaşlı Aleksey Gerasimov da olub. O, Ukrayna Silahlı Qüvvələrinin (VSU) tərkibindəki milli batalyonlardan birinə qoşulmaq niyyətində idi. “Vyorstka” saytının araşdırmasına əsasən, o, Rusiyaya qaytarıldıqdan sonra terrorçuluqda ittiham edilərək istintaq təcridxanasına salınıb.

Gerasimov 2024-cü ilin əvvəlində Rusiyadan Ukraynaya keçib. Məqsədi “Sibir batalyonu”na daxil olaraq Rusiya Federasiyasına qarşı döyüşmək imiş. O, Ulyanov adına Çuvaş Dövlət Universitetinin tələbəsi olub və müstəqil Çuvaşiya ideyalarına maraq göstərib. Görünür, VSU tərəfdə döyüşmək onun üçün bu mövqeyini ifadə etməyin bir yolu olub.

Amma döyüşməyə çatmayıb — yeddi ay ərzində müqavilənin imzalanmasını gözləyib, onlayn təhsilə davam edib, “siyasi xadim” olmaq planları qurub, şahmat oynayıb və Avropaya köçmək haqqında düşünüb. Daha sonra batalyon rəhbərliyi onu “sərhədi qeyri-qanuni keçmək” bəhanəsi ilə miqrasiya həbsxanasına verib. Lakin onun döyüş yoldaşları bu qərarın səbəbini komandirlər ilə yaranan konflikt və sənədlərin uzanması ilə izah edirlər.

Gerasimovun Rusiyaya təhvil verilməsi ya miqrasiya xidmətinin qeyri-müəyyən qərarı nəticəsində, ya da onun özünün dəyişən qərarı ilə baş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR