Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan Tv-nin rəhbəri Jurnalist Ülviyyə Zülfüqar tutduğu vəzifədən ayrılıb.
Musavat.com xəbər verir ki, o, özünün sosial şəbəkə hesabında bununla bağlı açıqlama yayıb.
Həmin açıqlamanı təqdim edirik:
"Bu gün öz istəyimə əsasən, səhhətimlə əlaqədar üç ilə yaxın çalışdığım Qərbi Azərbaycan İcması və Televiziyası ilə yollarımızı ayırdım. İcma mənim üçün fərqli bir təcrübə, çox gözəl bir yol oldu. Qərbi Azərbaycan kimi müqəddəs bir amal yolunda mənim də qatqılarım olduğu üçün qürur duyuram. Bir müddət fəaliyyətimə həm Qərbi Azərbaycan, həm regionda gedən proseslərlə əlaqədar politoloq kimi davam edəcəm. Hər kəsə uğurlar diləyirəm. Efirlərdə görüşənədək."
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ